Bolqarıstan yüzlərlə zirehli transportyorun (BTR) Ukraynaya çatdırılmasını gecikdirir, çünki ölkənin Müdafiə Nazirliyi NATO-dan nəqliyyat xərclərini ödəməyi xahiş edib.
Editor.az bildirir ki, bu barədə “Euractiv” portalı xəbər verir. “Bolqarıstan kömək edə bilər, lakin bu, tez baş vermir və ümid edirəm ki, vəziyyət düzələcək. Biz zirehli transportyorlarla bağlı qərara demək olar ki, üç ay əvvəl səs verdik”, – deyə portal deputat İvaylo Mirçevdən sitat gətirir.
Bolqarıstan Müdafiə Nazirliyinin rəhbəri Todor Taqarev bildirib ki, ləngimə ölkənin NATO-nun nəqliyyatı maliyyələşdirməyə kömək edib-etməyəcəyini yoxlamaq cəhdi səbəbindən baş verib. Aydınlaşdırılır ki, Ukraynaya göndərilən yüz zirehli transportyor Bolqarıstanda buraxılmış və ölkənin artıq istifadə etmədiyi texnikadır.
//Samir Qurbanov, Editor.az