Bolqarıstanın əhalisi azalırbackend

Bolqarıstanın əhalisi azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan Milli Sosial Təminat Qurumunun NOI məlumatlarına aid edilən şərhdə son siyahıyaalmanın aparıldığı 2021-ci ildə əhalinin 6 milyon 520 min olduğu, təqaüdçülərin sayının isə 12 min 300 nəfər artacağı bildirilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ildə isə bu rəqəmin 2 milyon 39 minə çatacağı bildirilib.

COVİD-19 faktorunun təsirinə də toxunulan açıqlamada əhalinin 2022-ci ilin sonuna kimi 6 milyon 447 min nəfərə düşdüyü xatırladılıb.

NSİ-nin verdiyi açıqlamada isə demoqrafik problemlərin davam etdiyi və əhalinin 2075-ci ildə 4,9 milyona enməsinin gözlənildiyi, 65 yaşdan yuxarı vətəndaşların əhalinin yüzdə 25,5-ni təşkil edəcəyi vurğulanıb.

Bolqarıstanın əhalisi kommunist dövrünün bitdiyi 1989-cu ildə 8 milyon civarında olub.

Qeyd edək ki, Bolqarıstan 2007-ci ildə Avropa Birliyinə qəbul edildikdən sonra təxminən 2 milyon insan başqa ölkələrə mühacirət edib.

//Səbinə Hüseynli, Editor.az