Bolton HƏDƏLƏDİ: “Putin nüvə silahından istifadə etsə, öz intihar aktını imzalamış olacaq” – VİDEObackend

Bolton HƏDƏLƏDİ: “Putin nüvə silahından istifadə etsə, öz intihar aktını imzalamış olacaq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin nüvə silahından istifadə etsə, öz intihar aktını imzalamış olacaq”.

Bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. O, Putini hədələyib.

“Məncə, açıq elan etmək lazımdır ki, təkcə Putin deyil, Rusiyanın bütün ali rəhbərliyi, bütün Rusiya vətəndaşları bilsinlər, əgər Putin nüvə silahından istifadəyə yaşıl işıq yandırsa, o, intihar aktını imzalayacaq”, – o deyib.

Aparıcının “Bu, praktikada necə olacaq?” sualına Bolton belə cavab verib:

“O (Putin – red.), Rusiya silahlı qüvvələrinin komandanlıq və nəzarət mərkəzi, dediyimiz kimi ali baş komandandır və qanuni hərbi hədəfdir. Düşünürəm ki, bizim də edə biləcəyimiz çox şeylər arasında o, hədəflərimizin siyahısında olduğunu başa düşməlidir”.

KONKRET.az