“Bookline” layihəsi çərçivəsində növbəti podkast yayımlanıb – VİDEObackend

“Bookline” layihəsi çərçivəsində növbəti podkast yayımlanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində növbəti podkast izləyicilərə təqdim olunub.

Yenicag.az xəbər verir ki, layihənin yeni buraxılışında kitab bazarının formalaşmasına töhfə verən tanınmış naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu qonaq qismində iştirak edib.

Podkast işinin peşəkarı, kitab və ədəbiyyat dünyasına dərindən bələd jurnalist Leyla Səmədovanın təqdimatında baş tutub. Söhbət zamanı kitabların cəmiyyətdə rolu, mütaliənin fərdi inkişafa təsiri, eləcə də müasir dövrdə oxu vərdişlərinin formalaşması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Nə oxuyaq?” sualına cavab axtarılaraq izləyicilər üçün maraqlı və faydalı kitab tövsiyələri də səsləndirilib.

Qeyd edək ki, “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi xüsusilə gənclər arasında oxu mədəniyyətinin təşviqi, davamlı mütaliə vərdişlərinin formalaşdırılması və kitab ətrafında müzakirə mühitinin yaradılmasıdır.

Podkastla “Bookline” layihəsinin rəsmi YouTube səhifəsi vasitəsilə tanış olmaq mümkündür.