Kolumbiyanın paytaxtı Boqota şəhərində partlayış olub.
Partlayış təmizləyici məhsulların saxlandığı anbarda baş verib.
Məlumata əsasən, partlayış nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlar xəstəxanaya yerləşdirilib.
Partlayışın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.
//Trend

