Türkiyədə suriyalılar arasında yaranan borc mübahisəsində Əhməd S. Alaa Alsaid və oğlu Alaaddin Alsaidi ov tüfəngi ilə öldürüb.
Editor.az musavat.com-a istinadən bildirir ki,hadisə zamanı 1 nəfər də yaralanıb.
Polis qrupları qaçan Əhməd S.-nin tutulması üçün işə başlayıb.
Türkiyənin Kahramanmaraş şəhərində baş verən hadisədə acı xəbəri eşidən ata və oğulun yaxınları əsəb böhranı keçirib. Cinayət silahı ata və oğlunun güllələndiyi yerin aşağı küçəsində tapılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.