“Bordo bere” imtahanında dava: atəş açıldı – Kadırovun qardaşı oğlu keçə bilmədi (VİDEO)backend

“Bordo bere” imtahanında dava: atəş açıldı – Kadırovun qardaşı oğlu keçə bilmədi -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bordo bere” imtahanında dava: atəş açıldı – Kadırovun qardaşı oğlu keçə bilmədi

Rusiyada Rosqvardiya xüsusi təyinatlılarının sınaq imtahanı zamanı qarşıdurma baş verib. Çeçenistan döyüşçüləri qaydaları pozmaqda günahlandırılır.

Editor.az “lenta”ya istinadən xəbər verir ki, Stravroplo diyarının “Tambukan” təlim mərkəzində qalmaqal baş verib. Burada Milli Qvardiya xüsusi təyinatlılarının döyüşçüləri xüsusi təyinatlılar elitasına mənsubiyyətinin tünd qırmızı rəngli beret (краповые берет və ya bordo bere) almaq üçün sınaqdan keçirilib. Yürüş zamanı Çeçenistandan olan bəzi iştirakçılar dostları tərəfindən maşınlarla gətirilib.

Bu isə digər iştirakçıların hiddətinə səbəb olub. Narazılıq mübahisəyə səbəb olub. Nəticədə havaya xəbərdarlıq atəşi açılıb. Bu isə vəziyyəti daha da kəskinləşdirib və bundan sonra dava baş verib.

Dava iştirakçılarını sakitləşdirmək üçün Rusiya Qvardiyasının Xüsusi Qüvvələrinin Baş İdarəsinin rəisi İqor Semilyak vəziyyətə şəxsən müdaxilə etməli olub.

Bundan əlavə xüsusi təyinatlıların etirazına baxmayaraq sınaqdan keçə bilməyən bəzi döyüşçülərin beret alması onları qəzəbləndirib. Buna etiraz əlaməti olaraq 604-cü Qırmızı Bayraqlı xüsusi təyinatlı “Vityaz” dəstəsi öz xüsusi beretlərini (краповые берет və ya bordo bere) almaqdan imtina edib.

Sonradan “Vityaz” bu məlumatlaır təkzib edib.

“Bordo bere” sınaqlarında keçə bilməyənlər arasında Ramzan Kadırovun qohumu da var. Bu Ramzan Kadırovun qardaşı oğlu Əbdül-Kərim Kadırov da var.

Buna baxmayaraq bir neçə nəfər çeçenistanlı xüsusi beret ala bilib. Kadırov imtahandan keçən döyüşçülərinin adlarını açıqlayıb. Onlar Rosqvardiyanın  OMON regional şöbəsinin komandiri Anzor Bisaev, “Terek” qrupunun komandiri Saydi Lorsankaev, “Sever” xüsusi alayının döyüşçüləri Movsar Abdulxadciyev, Ramzan Mukayev, Xizir Musayev, İdris Ataşev və Tamerlan Sadulayevdir.