Boris Conson: Qərbin səhvləri üzündən Ukrayna bədəl ödəyirbackend

Boris Conson: Qərbin səhvləri üzündən Ukrayna bədəl ödəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər Qərbin Rusiya prezidenti Vladimir Putinin yaratdığı təhlükəni anlamamasının bədəlini indi Ukrayna ödəyir.
Bunu Britaniyanın baş naziri Boris Conson deyib.

Bu haqda Editor.az “BBS”-ə istinadən xəbər verir.

Xəbərə görə, Rusiyanın Ukraynaya müdaxiləsi artıq uğursuzluğa düçar olub, çünki Putin Ukraynadakı müqavimətin gücünü lazımınca qiymətləndirmədiyindən, indi də bu ölkəyə qarşı hərbi cinayətlər törədir.
“O (Putin), Ukraynanı məğlub və fəth edə bilməyəcək. Çünki onlar prinsipial olaraq göstərdilər ki, onlarda sarsılmaz ruh var. O, geri çəkilməlidir. Bu işi bağlamalıdır. Tanklarını, zirehlərini götürməlidir. Bu, Ukrayna xalqının iradəsinə hörməti ifadə edən bir qərar olmalıdır”, – Conson bildirib.
Bununla yanaşı, Conson 2014-cü ildə Krımın işğalına rəğmən, “Putinə ictimayyətin bir hissəsi kimi baxan” Avropa ölkələrini də qınayıb.
Britaniya hökumətinin başçısı onu da qeyd edib ki, Qərb əmin olmalıdır ki, “bir daha heç vaxt Putinin şantajına məruz qalmayacaq”, xüsusən də söhbət Rusiya nefti və qazından gedərkən.
Xatırladaq ki, ABŞ Senatı Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib. Senatın qətnaməsində Putin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası və hərbi rəhbərlərin törətdikləri hərbi cinayətlərlə bağlı araşdırma aparılması tələb olunur.

Editor.az