Borispol meri əhalini şəhəri tərk etməyə çağırıbbackend

Borispol meri əhalini şəhəri tərk etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Borispol meri Volodymyr Borisenko sakinləri şəhəri tərk etməyə çağırıb.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.
Borisenkonun Facebook səhifəsində yayılan həmin videomüraciətdə deyilir:

“Mülki əhaliyə müraciət edirəm ki, diqqətli olsunlar, zəng mərkəzimizlə əlaqə saxlasınlar və mümkünsə şəhəri tərk etsinlər… İmkanı olmayanları biz çıxaracağıq, olanlar isə avtomobillərə minib kolonlarla şəhəri tərk edə bilərlər…
“Təcrübə göstərir ki, hazırda döyüşlərin getdiyi yerlərdə mülki əhali nə qədər az olarsa, Silahlı Qüvvələrin işi bir o qədər asan olur. Ona görə də gəlin belə edək. İndi şəhərdə qalmağa ehtiyac yoxdur. Artıq ətrafda döyüşlər gedir”, – Borosenko belə deyib.

Qeyd edək ki, martın 18-də Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç rus işğalçılarının Borispol istiqamətində hücumu dayandırdığını bildirmişdi.

Editor.az