“Borjomi vağzalı” yandıbackend

“Borjomi vağzalı” yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-da səhər saatlarında Tbilisidə “Borjomi Station” bazarında baş verən yanğın sürətlə geniş əraziyə yayılıb və onunla mübarizə bir neçə saat davam edib.

Yanğın Gürcüstan paytaxtının mərkəzində bazar ərazilərini, tərəvəz və meyvələrin saxlandığı mağaza və geyim anbarlarını əhatə edib. Şəhərin müxtəlif yerlərindən tüstü sütunu görünüb. Yanğının sahəsi 14 min kvadratmetr olub. Yanğının söndürülməsinə 30 yanğınsöndürmə briqadası göndərilib. “Hazırda yanğın söndürülüb, yanğının ayrı-ayrı sahələrinin soyudulması işi aparılır” – Tbilisi Yanğından Mühafizə və Xilasetmə Qüvvələrinin Baş İdarəsinin rəisi Levan Museliani deyib.

Xilasedicilər yaxınlıqdakı klinikadan xəstələri təxliyə edərək yaxınlıqdakı xəstəxanalara təhvil veriblər. Yanğının səbəbi müəyyən ediləcək. Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

//Samir Qurbanov, Editor.az