“Borussiya”da Haalandın yerinə Adeyemibackend

“Borussiya”da Haalandın yerinə Adeyemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında ikinci pilləni rəsmiləşdirən “Borussiya Dortmund” gələcək mövsüm üçün transfer işlərinə başlayıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki,  artıq Erlinq Haalandın  mövsümün sonunda klubdan gedəcəyi dəqiqləşib. “Arılar” onun əvəzinə Avstriyanın “Zalzburq” klubunda möhtəşəm performansı ilə yadda qalan Kərim Adeyemini transfer məsələsini artıq həll ediblər.  İtaliyan nəşrinin məlumatına görə, gənc futbolçu üçün Avstriya təmsilçisinə 38 milyon ödənilib. Gənc futbolçu ən qısa zamanda Alman nəhəngi ilə müqavilə imzalayacaq. Müqavilənin şərtlərinə əsasən futbolçu heç bir zaman azad agent statusuna malik olmayacaq.

Qeyd edək ki, 20 yaşındakı gənc futbolçu bu mövsüm “Zalzburq” forması ilə 42 matça çıxıb. O, bu oyunlarda 23 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy, Editor.az