“Borussiya Dordmund” Sebastian Halleri transfer etdibackend

“Borussiya Dordmund” Sebastian Halleri transfer etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Borussiya Dordmund” klubu Hollandiyanın “Ayaks” klubundan mərkəz hücumçusu Sebastian Halleri transfer edib. Editor.az “sporx” saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi Hallerlə 2026-cı ilə qədər müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı açıqlama verib. Sebastian Haller isə bildirib ki, 80000 tərəfdarın dəstəyini hiss etmək üçün səbirsizlənirəm. O qeyd edib ki, bərabər yaxşı işlər görəcəyəik və uğurlarımızı bir yerdə qeyd edəcəyik.

Qeyd edək ki, “Ayaks” Hallerin transferi üçün 31 milyon avro tələb edib. Bundan əlavə Hollandiya təmsilçisinin nümayəndələri transfer qiymətinin 34.5 milyona qədər yüksələ biləcəyini vurğulayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az