“Borussiya Dortmund”da gözlənilməz ayrılıqbackend

“Borussiya Dortmund”da gözlənilməz ayrılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya Dortmund” klubun baş məşqçisi Marko Ros ilə yollarını ayırdığını bildirib. Editor.az “Sporx”a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məsələ ilə bağlı Marko Ros özü klubun rəsmi saytına açıqlama verib.

“Hər birimiz üçün çox çətin gündür. Bizi razı sala bilməyən bir mövsümün sonunda anladıq ki, bir çox sahədə özümüzü yaxşı tərəfdən göstərə bilməmişik. Mövsümün ortasında çətinliklərimiz olsa da mən hər zaman doğru yolda olduğumuza inandım. Ancaq rəhbərlik ilə son iclasda bu inancın itdiyini gördüm. Ona görə də qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoydum”,- deyə Marko Ros bildirib.

Qeyd edək ki, “sarı-qaralar” bu mövsüm Marko Rosun rəhbərliyi altında meydana çıxdıqları 34 oyundan 69 xal toplamağa nail olublar. Yekunda onlar Bundesliqanı ikinci pillədə tamamlayıblar.

//Nəzərbəy, Editor.az