“Borussiya Dortmund” yeni baş məşqçisinin adını açıqlayıbbackend

“Borussiya Dortmund” yeni baş məşqçisinin adını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya Dortmund” yeni baş məşqçisinin adını açıqlayıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, Marko Rosun əvəzinə Edin Terziç bu posta gətirilib. Terziç klubla üç illik müqavilə imzalayıb.

Terziç təyinatla bağlı klubun rəsmi saytına açıqlama verib.

“Bir çox insan “Borussiya Dortmund”un mənim həyatımda nə qədər rol oynadığını bilir. Belə bir məsuliyyətli işi mənə verdikləri üçün təşəkkür edirəm. Komandanın və klubun uğurları üçün əlimdən gələni əsirgəməyəcəyəm”,- deyə Terziç bildirib.

Qeyd edək ki, Edin Terziç Türkiyədə İstanbul nəhəngi Slaven Biliçin dönəmində baş məşqçinin köməkçisi olub.

//Nəzərbəy, Editor.az