Boşanan gənclərin sayı durmadan artır: ” Bu ailələrdəki uşaqların psixologiyası ciddi zədə alır”- Diqqətli olmaq lazımdırbackend

Boşanan gənclərin sayı durmadan artır: ” Bu ailələrdəki uşaqların psixologiyası ciddi zədə alır”- Diqqətli olmaq lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son illər boşanan gənc ailələrin sayı durmadan artır. Hər birimizin çevrəsində, boşanma sürəsindən keçən və ya boşanan insanlar var. Cütlüklərin ayrılmasına hər iki tərəfin valideyn baxışı fərqli olur. Bəzi ailələr üçün xüsusilə qızının boşanmasl ölümə bərabər haldır. Yaşlı nəsildən eşitdiyimiz sözlər çox vaxt “geri qayıda bilməzsən”, “bu evə ancaq kəfənin gələ bilər” tipli fikirlərdir. Bu məqamlarda tək cütlük yox eyni zamanda, boşanmaq üzrə olan ailədəki uşaqların psixologiyası ciddi zədə alır və gələcəkdə onların da evlilik həyatına da ciddi təsir edir”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloqun sözlərinə görə, boşanmanın səbəblərinə sosial durum, mənəvi fiziki uyğunsuzluq, cütlüklərin böyüklərin istəyi ilə qısa tanışlıq müddətindən sonra ailə qurmasını misal gətirmək olar:

“Qavram olaraq boşanma ər və arvadın heç bir bağının qalmaması ortaq uşaqların haqları qalmaq şərti ilə evliliyin sonlandırılması və tərəflərin yenidən ailə qurmasına imkan verən prosesdir, boşanma öncəsi və sonrası ailənin hər üzvünə psixoloji sarsıntı yaşadan qərardır. Boşanma müddətində xəyal qırıqlığı, yadlaşma, izdirab, depressiv hallar, çarəsizlik, ümidsizlik, aqressiya hətta intihara aparan davranışlarda müşahidə olunmaqdadır. Çox zaman boşanan cütlüklərdə başarısızlıq hissi yaşanır. “Mən bacarmadım” düşüncəsi və iqtisadi sosial duyğusal adaptasıyada çətinliklər, evlillikdən öncə və sonra psixoloqa müraciət gələcəkdə problemlərin yaranmasına mane olur”.

//Gülnarə Abasova, Editor.az