Bosniya serblərinin lideri Milorad Dodik bazar ertəsi Moskvaya gəlib. Sarayevoda (Bosniya və Herseqovinanın paytaxtı) hakimiyyət orqanları ölkənin Konstitusiya Məhkəməsinə qarşı çıxmaqda və separatçı fikirləri təbliğ etməkdə təqsirli bilinən siyasətçinin beynəlxalq həbsinə order istəyərkən, videomüraciətində onun harada olduğunu təsdiqlənib.
Editor.az xəbər verir ki, bu barədə “Politico” yazır. “Mən Moskvaya gəldim” – Dodik bildirib. “Politico” əlavə edib ki, siyasətçi qaçdığını etiraf etməyib, lakin onun Bosniyadan getmə vaxtı ölkəsində artan hüquqi təzyiqlərlə üst-üstə düşür.
//Samir Qurbanov, Editor.az