Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya 100 illik dəstək vəd edən Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin bəyanatını şərh edib.
Cənab Medvedev britaniyalı naziri yalan danışmaqda ittiham edərək, əlavə edib ki, Ukrayna “bu müddətin dörddə birinə belə davam etməyəcək”. “Britaniya adlanan adalar yaxın bir neçə ildə batacaq. Lazım gələrsə buna bizim hipersəs raketlərimiz kömək edəcək”, – Dmitri Medvedev X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Devid Lemmi dünən, sentyabrın 11-də Kiyevdə keçirdiyi mətbuat konfransında “Britaniyanın Ukraynanı dəstəkləmək öhdəliyini” açıqlayıb. “Böyük Britaniyanın öhdəliyi təkcə bu qış üçün deyil, biz 100 illik tərəfdaşlıqdan danışırıq, çünki biz Ukraynanı uzun müddətə dəstəkləyirik” – deyib.
//Samir Qurbanov, Editor.az