Avropa ölkələri, o cümlədən Böyük Britaniya, Almaniya, Fransa və digərləri atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazırdır.
Fransanın maliyyə naziri Erik Lombard fevralın 26-da “Bloomberg” televiziyasına müsahibəsində belə deyib. Atəşkəs razılaşmasının əldə olunmasından sonra ABŞ-ın Ukraynadakı Avropa qoşunlarına dəstək verəcəyi gözlənilir. “Əgər atəşkəsə əməl olunmasını istəyiriksə, ABŞ-ın dəstəyinə ehtiyacımız var. İnanıram ki, amerikalılar bununla razılaşıblar”, – fransalı nazir bildirib.
KİV-in məlumatına görə, Fransa rəsmiləri bildiriblər ki, Lombard ABŞ prezidenti Donald Trampın “dünya nizamına” hücumları fonunda ölkəsinin çoxtərəfliliyə sadiqliyini bir daha təsdiqləmək və “Avropanın birliyini nümayiş etdirmək” niyyətindədir.
//Samir Qurbanov, Editor.az