Böyük Britaniya ballistik raket sınağı keçirəcəkbackend

Böyük Britaniya ballistik raket sınağı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə “Trident II D5” ballistik raketini sınaqdan keçirəcək.

Editor.az bildirir ki, bu barədə “The Sun” mənbələrə istinadən yazır. Buraxılış yenilənmiş “HMS Vanguard” nüvə sualtı qayığından həyata keçiriləcək. Qəzetin fikrincə, döyüş başlığı olmayan raketin buraxılışı

ABŞ-ın şərq sahillərindən təxminən 90 km aralıda baş tutmalıdır. Raketin təxminən 6000 km uçaraq Braziliya ilə Qərbi Afrika arasında dənizə düşəcəyi gözlənilir. ABŞ-ın Milli Geoməkan-Kəşfiyyat Agentliyi artıq gəmiçilik şirkətlərinə fevralın 4-dən əvvəl baş tutmalı olan raket buraxılışı ilə bağlı xəbərdarlıq edib.

Yanvarın 30-da “HMS Vanguard” sualtı qayığı Florida ştatındakı Port Canaveraldan üzərkən görüntülənib. Nəşrə görə, planlaşdırılan raket buraxılışı 500 milyon funt-sterlinqə başa gələn yeddi illik təmirdən sonra “HMS Vanguard”ın Britaniya donanmasına qayıtması üçün son maneədir.

//Samir Qurbanov, Editor.az