“Böyük Britaniya, çox güman ki, Rusiya ilə münaqişənin daha da gərginləşməsi riski yüksək olduğu üçün Ukraynaya qoşun göndərməkdən imtina edəcək”.
Editor.az bu barədə “The Times” qəzeti istinadən xəbər yayıb.
“Böyük ehtimalla Ukraynanı qorumaq üçün minlərlə əsgər göndərmək planlarından əl çəkəcək, çünki risklər “çox yüksək” hesab olunur”, – qəzet yazır.
“İstəyənlər koalisiyası” görüşlərinin təşkilində və keçirilməsində iştirak edən nəşrin mənbəsi əlavə edib ki, Britaniya qüvvələri on minlərlə əsgərdən ibarət kontingenti Ukraynaya göndərmək üçün kifayət etmir. O, Britaniyanın həmişə buna inandığını, Fransanın isə daha aqressiv yanaşmanın tərəfdarı olduğunu qeyd edib.
Rusiyanın Xarici Kəşfiyyat Xidməti aprelin 11-də bildirib ki, Qərb Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək məqsədi ilə sülhməramlı missiya adı altında Ukraynaya təxminən 100 minlik qoşun yeritməyi planlaşdırıb.
Rusiya Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqu Rusiyanın tarixi torpaqlarına sülhməramlıların göndərilməsinin üçüncü dünya müharibəsinin başlaması təhlükəsi yaratdığını bildirib.
//Gülnarə Abasova, Editor.az