Böyük Britaniya bundan sonra Putin Rusiyası ilə normal diplomatik münasibətlərə malik ola bilməzbackend

Böyük Britaniya bundan sonra Putin Rusiyası ilə normal diplomatik münasibətlərə malik ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya artıq Rusiyanın hazırkı hökmdarı Vladimir Putinlə normal diplomatik münasibətlərə malik ola bilməz.

Editor.az “İndependent”ə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. Onun sözlərinə görə, bu vəziyyətə səbəb, ə Rusiyanın Ukraynaya müdaxiləsi olub: “Mən baş nazir olanda (2010-cu ildə) Rusiya ilə çətin münasibətimiz var idi və mən düşündüm ki, daha güclü əlaqələr qura biləcəyimizi yoxlamaq yaxşı olardı.

Amma sonda bu, Putinin 2014-cü ildə Ukraynada və Suriyada etdiklərinə görə pozuldu. Mən vəzifədən gedəndə Rusiya ilə münasibətlər olduqca pis vəziyyətdə idi, amma indi daha pisdir”, – diplomat bildirib. O, Böyük Britaniyanın Rusiya Federasiyası ilə münasibətləri ilə Krallığın Çinlə münasibətləri arasında paralel aparıb. “Çinin nöqteyi-nəzərindən əməkdaşlıq etməyimiz, ticarət etməyimiz, onlarla hər şeyi müzakirə etməyimiz düzgündür, lakin bu, bu gün qarşılaşdığımız tamamilə fərqli bir vəziyyətdir. Uyğurlar var idi, Honq-Konqla vəziyyət var idi.

“Bizim “Qurd Döyüşçüsü diplomatiyası” var və bizim özümüzü Çinin demokratiyamızı sarsıtmaq üçün göstərdiyi səylərə qarşı müdafiə etməyimiz düzgündür”, – Kemeron bildirib.

//Samir Qurbanov, Editor.az