Britaniyanın “inews” qəzeti yüksək səviyyəli hökumət mənbəsinə istinadən yazıb ki, Böyük Britaniya ABŞ ilə ticarət danışıqlarında Çinlə iqtisadi əlaqələri qurban verməyəcək.
Donald Trampın tarifləri tətbiq etməsindən sonra Britaniya danışıqlar yolu ilə ABŞ-a ixraca qoyulan rüsumları aradan qaldırmağa çalışan onlarla ölkədən birinə çevrilib.
Qəzetin mənbəyi təkid edir ki, ABŞ-ın ticarət danışıqları İngiltərənin Çinlə bağlı mövqeyini müəyyən etməyəcək. “Bizim mövqeyimiz və yanaşmamız aydındır”. Mənbə əlavə edib ki, ABŞ və Böyük Britaniyanın Pekinlə münasibətləri ilə bağlı danışıqlar “çaşdırılmamalıdır”. Nəşr aydınlaşdırıb ki, London Pekinə qarşı “praqmatik” yanaşmasını davam etdirməyi planlaşdırır. Nazirlərin 2018-ci ildə Çinin Honq-Konqdakı hərəkətlərinə görə diplomatik münasibətlərin kəskin şəkildə korlanmasından sonra dağılan Böyük Britaniya-Çin Birgə İqtisadiyyat və Ticarət Komissiyasını (Jetco) canlandırmağa çalışacaqları gözlənilir.
//Samir Qurbanov, Editor.az