Böyük Britaniya enerji qiymətləndirmə siyasətində dəyişiklik edirbackend

Böyük Britaniya enerji qiymətləndirmə siyasətində dəyişiklik edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hər 6 aydan bir enerji qiymətlərinin yüksəlməsinə yenidən baxmaq siyasətini dəyişib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı enerji qiymətlərinin tənzimlənməsini həyata keçirən “Ofgem” şirkəti verib. Verilen qərara əsasən artıq 3 aydan bir enerji qiymətlərinə nəzarət ediləcək. Bu qərar istehlakçıların enerjinin topdansatış qiymətlərindəki endirimlərdən faydalana bilməsi üçün nəzərdə tutulur.

“Ofgem” şirkəti bildirib ki, bu dəyişiklikdən sonra enerji təchizatçıları istehlakçılar üçün nə qədər enerji almalı olduqlarını daha yaxşı proqnozlaşdıracaqlar.

//Nəzərbəy, Editor.az