Böyük Britaniya etiraf etdi: Ukraynanı qoruya bilmirikbackend

Böyük Britaniya etiraf etdi: Ukraynanı qoruya bilmirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və NATO ölkələri aprelin 13-də İranın İsrailə hücumu zamanı olduğu kimi Ukrayna səmasını qoruya bilmir.

Editor.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron aprelin 15-də LBS radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, müttəfiqlər silah və təlimlə yardım edir, lakin Rusiya Federasiyası ilə birbaşa toqquşma istəmədikləri üçün Rusiyanın Ukraynaya göndərdiyi raketləri və pilotsuz təyyarələri vurmayacaqlar: “Çətinlik Avropada daha genişmiqyaslı müharibə baxımından eskalasiyanın qarşısını almaqdır.

Məncə, qaçmalı olduğumuz yeganə şey NATO qoşunları ilə Rusiya qoşunları arasında birbaşa toqquşmadır… Mən burada Böyük Britaniyada və bütün bizim tərəfdarlarımıza danışıram. Dünyadakı müttəfiqlər – Ukraynanı pul, diplomatiya, özünümüdafiə üçün silahla dəstəkləmək üçün əlinizdən gələni edin, lakin NATO qüvvələrini birbaşa Rusiya qoşunları ilə münaqişəyə cəlb etmək, məncə, təhlükəli eskalasiya olardı”, – Kemeron bildirib.

Müttəfiqlərin nə üçün İsraildə olduğu kimi havada hədəfləri məhv etmək üçün aviasiyadan istifadə etməməsi ilə bağlı suala XİN rəhbəri cavab verib ki, Ukrayna səmasında Qərbin döyüş təyyarələri “indi ehtiyac duyduğu şey deyil”. Onun fikrincə, yerüstü hava hücumundan müdafiə sistemləri raketlərə və dronlara qarşı daha effektivdir: “Onların ümidsiz şəkildə istədikləri və onlara daha çox verməli olduğumuz şey hava hücumundan müdafiə sistemləridir, xüsusilə

“Patriot”dur. Ondan Böyük Britaniyada indi yoxdur, lakin digər Avropa ölkələrində var və amerikalılarda məncə, var”, – Xarici İşlər Naziri əlavə edib.

//Samir Qurbanov, Editor.az