Yaxın vaxtlarda Ukraynaya zenit-raket kompleksləri gətiriləcək.
Böyük Britaniya 350 hava hücumundan müdafiə raketindən əlavə 5 buraxılış kompleksini də Ukraynaya ötürür. Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov məlumat verib.
“Ukrayna bizim hava hücumundan müdafiəmizi gücləndirmək üçün Rusiyanın aktivləri hesabına Britaniya istehsalı olan 350 müasir raket alacaq. Raketlər xüsusi hazırlanmış zenit-raket sistemlərində istifadə olunacaq, onlardan daha beşi yaxın vaxtlarda Ukraynaya çatdırılacaq”, – Müdafiə Nazirliyi Umerovun Telegram kanalında bildirib .
//Samir Qurbanov, Editor.az