Böyük Britaniya kəşfiyyatı: Putin çox ciddi siyasi risqə gedirbackend

Böyük Britaniya kəşfiyyatı: Putin çox ciddi siyasi risqə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin əhəmiyyətli siyasi riskə gedir, çünki onun elan etdiyi qismən səfərbərlik Rusiya vətəndaşları arasında heç də razılıqla qarşılanmayacaq.

Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Həmin məlumata görə, Rusiya çox güman ki, 300 min personal toplamaq üçün maddi-texniki və inzibati problemləri həll etməli olacaq. “O, çox güman ki, aylarla döyüşə hazır ola bilməyən bu hərbi qulluqçular sayəsində yeni birləşmələr yaratmağa çalışacaq və bu səfərbərlik əhali arasında yaxşı qarşılanmayacaq.

“Hətta bu məhdud səfərbərlik çox güman ki, Rusiya əhalisinin bir hissəsi üçün çox xoşagəlməz hal olacaq. Putin çox ehtiyac duyulan döyüş gücünü qurmaq ümidi ilə əhəmiyyətli siyasi risklərə gedir”, – hesabatda deyilir. Bu addım əslində Rusiyanın Ukraynada döyüşməyə hazır olan könüllü bazasının tükəndirdiyinin etirafıdır.

  //Samir,Editor.az