Rusiya qoşunlarının komandanı Valeri Gerasimovun bütün Donbasın işğalı planı uğursuzluğa düçar olub.
Editor.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda deyilir ki, 2023-cü il yanvarın 11-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı “xüsusi hərbi əməliyyat”a (Rusiya Ukraynaya qarşı müharibəni belə adlandırır) komandanlığı şəxsən öz üzərinə götürüb.
Bu baxımdan, Gerasimovun səlahiyyətləri Rusiyanın bütün Donbas üzərində nəzarətini genişləndirmək məqsədi ilə ümumi qış hücumuna başlamaq cəhdi ilə xarakterizə olunub. “80 gündən sonra bu planın iflasa uğradığı daha aydın olub”, – hesabatda deyilir.
Donbasdakı bir neçə cəbhədə Rusiya qüvvələri on minlərlə itki bahasına yalnız marjinal qazanc əldə edib, payızın qismən “səfərbərliyi” nəticəsində əldə etdikləri müvəqqəti canlı qüvvə üstünlüyünü böyük ölçüdə itirib. Beləliklə, Gerasimov on ildən sonra Baş qərargah rəisi vəzifəsində Rusiya siyasi rəhbərliyinin iflası imkanlarını nə qədər genişləndirdiyi bir daha aydın olur”, – kəşfiyyat bildirib.
//Samir Qurbanov,Editor.az