“Ola bilər ki, ABŞ Rusiyaya qarşı sanksiyaları tezliklə ləğv etsin”.
Editor.az bu xəbəri Britaniyanın “Financial Times” (FT) qəzetinə istinadla yazır. Nəşr bəyan edib ki, Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlar zamanı Rusiya tərəfi cazibədar biznes təkliflərinin uzun siyahısı təklif edib. “Biz ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların tezliklə ləğvini gözləyirik”, – FT bildirib.
Fevral ayında ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, ABŞ Ukraynada davam edən münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. “Bloomberg” xəbər verir ki, Rubio bir qrup avropalı həmkarını Rusiyaya qarşı sanksiyaların “öncədən” ləğv edilməyəcəyinə inandırıb.
//Gülnarə Abasova, Editor.az