Böyük Britaniya Müdafiə Qərargahından həyacanlı açıqlama: Qərb rusların qurduğu müdafiəni düzgün qiymətləndirməyibbackend

Böyük Britaniya Müdafiə Qərargahından həyacanlı açıqlama: Qərb rusların qurduğu müdafiəni düzgün qiymətləndirməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin bildirib ki, Qərb rusların işğal olunmuş Ukrayna ərazilərində qurduğu müdafiəni düzgün qiymətləndirməyib.

Editor.az bilirir ki, bu barədə “The Times” yazıb.

Nəşrə görə, Ukraynanın müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin əks hücumundan gözləntilərini “tənzimləməlidirlər”. Məhz bunun sayəsində ukraynalı döyüşçülər qısa müddətdə nəyə nail ola biləcəklər. Bundan əvvəl Toni Radakinin Ukraynada səfərdə olduğu və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşdüyü bildirilib.

Tərəflər əks-hücum və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını müzakirə ediblər. “Biz Ukrayna ordusunun cari ehtiyaclarını müzakirə etdik. Xüsusilə hava hücumundan müdafiəmizi gücləndirməyin vacibliyi qeyd olundu”, – ukraynalı general bildirib. Radakin öz növbəsində Rusiyanın Qara dəniz donanmasına son hücumları şərh edib. O bildirib ki, bu, Ukraynanın təşəbbüsü özündə saxlamasına bir nümunədir.

//Samir Qurbanov, Editor.az