Böyük Britaniya müdafiə sahəsində Gürcüstanla dialoqu dondurmaq qərarına gəldibackend

Böyük Britaniya müdafiə sahəsində Gürcüstanla dialoqu dondurmaq qərarına gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya hakimiyyəti Gürcüstanla nazirlər səviyyəsində dialoqu dondurmaq qərarına gəlib.

Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın səfiri Qarret Uord bildirib. Onun sözlərinə görə, Britaniya tərəfi də yeni kibertəhlükəsizlik proqramını dayandırıb. O, buna səbəb kimi Gürcüstan hakimiyyətinin siyasətini göstərib.

“Biz Böyük Britaniyada on ildə ilk dəfə olaraq Nazirlər səviyyəsində Uordrob dialoqunu dondurmaq qərarına gəldik. Biz həmçinin müdafiə nazirliklərinin rəhbərləri arasında planlaşdırılan yüksək səviyyəli danışıqları da ləğv etdik”, – deyə Uord Gürcüstanın “İnterpressnews” agentliyinə müsahibəsində bildirib. Diplomat izah edib ki, Gürcüstanın Böyük Britaniya ilə, eləcə də digər Qərb tərəfdaşları ilə münasibətləri bu il “Gürcüstan hökumətinin atdığı addımlar nəticəsində korlanıb”.

O, xüsusən də parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanunu xatırladıb. “Gürcü arzusunun (hakim partiya ) liderləri sui-qəsd nəzəriyyələrini təbliğ etməyə və Qərb tərəfdaşlarının Gürcüstanı sarsıtdığına dair fərziyyələr irəli sürməyə başlayanda məyus olduq. “Gürcü Arzusu” müxalifət partiyalarına qoyulan qadağanı öz seçki proqramının vədi adlandıranda şoka düşdük”, – deyə səfir qeyd edib.

//Samir Qurbanov, Editor.az