Böyük Britaniya nazirləri müttəfiq dövlətlərə müraciət ediblərbackend

Böyük Britaniya nazirləri müttəfiq dövlətlərə müraciət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya nazirləri müttəfiqlərini Ukraynanın Rusiya ərazisinə 250 km-ə qədər uçuş məsafəsi olan “Storm Shadow” qanadlı raketləri ilə zərbələr endirməsinə icazə vermə zərurətinə inandırmağa çalışırlar.

Editor.az bildirir ki, bu barədə “The Times” yazıb. Digər Qərb ölkələri də öz növbəsində bu cür hücumları təsdiqləsələr də, eskalasiya risklərindən qorxurlar. İyulun əvvəlində Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, Ukraynaya ötürülən raketlər beynəlxalq humanitar hüquqa uyğun istifadə edilməlidir.

Eyni zamanda o deyib ki, Ukrayna tədarük olunan silahlardan necə istifadə edəcəyinə özü qərar verə bilər. “Daily Telegraph” daha sonra yazıb ki, London Kiyevə Kursk bölgəsinə hücum edərkən “Storm Shadow”dan istifadə etməyə icazə verməyib.
Avqustun 12-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hakimiyyət Rusiya ərazisinə hücumlarda uzaqmənzilli raketlərdən istifadə etmək üçün icazə istəyəcək. Belə ki, Kursk vilayətinə hücumdan sonra Ukrayna ABŞ-dan ATACMS-dən istifadəyə icazə verməsini xahiş etsə də, rədd cavabı alıb.

//Samir Qurbanov, Editor.az