Böyük Britaniya Putinə yaxın olan insanlara sanksiya tətbiq edirbackend

Böyük Britaniya Putinə yaxın olan insanlara sanksiya tətbiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Rusiyanın Ukraynaya hücumu səbəbindən Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına, o cümlədən keçmiş həyat yoldaşına və əmisi uşaqlarına qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İngiltərənin Xarici işlər naziri Liz Truss verib.

O qeyd edib ki, sanksiyalara məruz qalanlar arasında Putinlə dostluq əlaqələri olan dünya şöhrətli gimnast Alina Kabaeva, Aleksandr Plexov, rusiyalı biznesmen Mixail Putin də var.

“Ukraynanın işğalı davam etdikcə Putin üzərində təzyiqləri davam etdirəcəyik. Böyük Britaniya indiyədək oliqarxlar da daxil olmaqla, 1000-dən çox şəxs və 100 təşkilata qarşı 117 milyard funt-sterlinq dəyərində sanksiya tətbiq edib. Biz Putinin dəbdəbəli həyat tərzini dəstəkləyən onun yaxın ətrafını ifşa edəcəyik. Ukrayna qalib gələnə qədər Putinin təcavüzünə yardım edən və ya dəstəkləyən hər kəsə qarşı sanksiyaları davam etdirəcəyik”,- deyə İngiltərənin Xarici işlər naziri bildirib.

//Nəzərbəy, Editor.az