Böyük Britaniya “Qara siyahı”nı genişləndirdibackend

Böyük Britaniya “Qara siyahı”nı genişləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hərbi təcavüzün ildönümündə Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Editor.az xəbər verir ki, yeni “qara siyahı” Rusiyanın 92 fiziki və hüquqi şəxsi, o cümlədən, “Rosatom”, “Rostec” korporasiyası və “Almaz-Antey” konserni, ölkənin iki ən böyük müdafiə şirkətinin – “Qazprom” və “Aeroflot”un rəhbərləri və yüksək vəzifəli əməkdaşları daxil edilib. Məhdudiyyətlər həmçinin dörd Rusiya bankına, o cümlədən “MTS Bank”a da şamil olunub.

Britaniyanın sanksiyaları altında baş nazirin müavini Aleksandr Novak, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev və hökumətin keçmiş rəhbəri Viktor Zubkov, həmçinin “Nord Stream AG” şirkətinin idarəedici direktoru, Alina Kabayevanın anası Dmitri Kozakın oğlu Matias Warning da var. Bunlardan əlavə, Britaniya hökuməti Rusiyanın bir sıra zavodlarına, o cümlədən “Sokol və Elektron”, “Lomo”, “NPP Zvezda”, eləcə də Sarovdakı “Eksperimental Fizika Elmi-Tədqiqat İnstitutu”na və Snejinskdəki “Texniki Fizika Elmi-Tədqiqat İnstitutu”na (hər ikisi “Rosatom”un hissələridir) da sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, bu gün Avstraliya və Yeni Zelandiya hakimiyyətləri də yeni anti-Rusiya sanksiyaları elan ediblər.

  //Samir Qurbanov,Editor.az