Böyük Britaniya qeyri-qanuni miqrantları Ermənistana göndərmək istəyirbackend

Böyük Britaniya qeyri-qanuni miqrantları Ermənistana göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ermənistan, Kot-d’İvuar, Kosta Rika və Botsvana ilə qeyri-qanuni miqrantların bu ölkələrə göndərilməsi ilə bağlı danışıqlar aparır.

Editor.az “The Times”ə istinadən yazır ki, Ruandaya miqrantların göndərilməsinin razılaşdırıldığı sxemə oxşar sxemdən istifadə etmək planlaşdırılır. Erməni tərəfi ilə danışıqlar 2023-cü ilin sentyabrında başlayıb, lakin hələlik heç bir irəliləyiş əldə olunmayıb.

Bildirilir ki, Britaniya hakimiyyəti Ekvador, Paraqvay, Peru, Braziliya və Kolumbiyaya da yaxınlaşıb, lakin onlar təklif olunan sövdələşmə ilə “az maraqlanıblar”. Kabo-Verde, Seneqal, Tanzaniya, Toqo, Anqola və Sierra Leone digər ölkələrlə razılaşma əldə olunmadığı halda “ehtiyat siyahısına salınıb”. Eyni zamanda, Mərakeş, Tunis, Namibiya və Qambiya bu məsələ ilə bağlı müzakirələrə girməkdən “açıq-aşkar imtina etdilər”, qəzet qeyd edir.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin bir hissəsi olaraq Böyük Britaniya qeyri-qanuni miqrantları Afrikanın şərqində, “qaçqınlara və miqrantlara humanist və peşəkarcasına rəftar etdiyinə görə şöhrət qazanmış” Ruandaya qovmaq niyyətindədir. Bunun üçün Ruandaya 2023-cü ilin dekabrında 100 milyon funt sterlinqdən çox pul ödənilib.

//Samir Qurbanov, Editor.az