Böyük Britaniya Rusiya banklarının 90%-dən çoxunu sanksiyalar siyahısına daxil edib.
Editor.az bildirir ki, bu barədə maliyyə sanksiyalarının həyata keçirilməsinə cavabdeh olan hökumət departamentinin (OFSI) hazırladığı 2022-2023-cü maliyyə ili üzrə hesabatda deyilir.
“Böyük Britaniya həmçinin Rusiya Mərkəzi Bankına və Maliyyə Nazirliyinə qarşı sanksiyalar tətbiq etməklə, Rusiya maliyyə sisteminin mərkəzinə zərbə vurub. Digər banklarla birlikdə Rusiya bank sektorunun 90%-dən çoxu sanksiyaya məruz qalıb”, – hesabatda deyilir.
//Samir Editor.az, Editor.az

