Böyük Britaniya hökuməti daha 26 rusiyalı məmur və təşkilatı sanksiyalar siyahısına əlavə edib.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, sanksiya tətbiq edilən adlar arasında Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov, Hərbi Hava Qüvvələri komandanı Andrey Serdyukov, hərbi analitik İqor Korotçenko və Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov da var. Sanksiyalar çərçivəsində bu məmurlara səyahət qadağası tətbiq ediləcək və onların Böyük Britaniyadakı aktivləri dondurulacaq.
Digər tərəfdən, London administrasiyasının siyahıya daxil etdiyi qurumlara ” Kalaşnikov” konserni, Progress Raket Kosmik Mərkəzi və Dövlət Nəqliyyat Lizinq Şirkəti (GTLK) də daxildir.
//Gülnarə Abasova, Editor.az

