Böyük Britaniya Rusiyanın təcavüzünü dəf etməyə hazırdır – Rişi Sunakbackend

Böyük Britaniya Rusiyanın təcavüzünü dəf etməyə hazırdır – Rişi Sunak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın baş naziri Rişi Sunak “TalkTV”də deyib ki, ölkəsi Rusiyanın hücumunu dəf edə bilər. O, Böyük Britaniyanın müdafiə xərclərinə görə NATO ölkələri arasında ikinci yerdə olduğunu vurğulayıb.

Editor.az bildirir ki, o, jurnalistin Rusiyanın krallığa “silahlarını çevirəcəyi təqdirdə” Böyük Britaniyanın ona qarşı döyüşməyə hazır olub-olmadığını soruşarkən belə cavab verib. “Bəli. Ümumi təhlükəsizliyimizi təmin etmək mənim işimdir. Məncə, biz yaxşı qorunuruq və müdafiəyə kifayət qədər sərmayə qoymuşuq.

Biz NATO-da müdafiə xərclərinə görə ikinci yerdəyik”, – baş nazir qeyd edib. Rişi bildirib ki, London son vaxtlar “qlobal vəziyyətin getdikcə təlatümlü olduğu üçün” müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Baş nazir xüsusilə Ukraynadakı döyüşləri və Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumlarını xatırladıb. “Ukraynada biz inandığımız şeyləri müdafiə edəcəyik və təcavüzün cəzasız və nəzarətsiz qalmasına imkan verməyəcəyik”, – deyə Sunak yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az