Böyük Britaniyanın müdafiə naziri Con Healey Böyük Britaniya silahlı qüvvələrinin mümkün müharibəyə hazır olmadığını etiraf edib.
Departament rəhbərinin sözlərinə görə, əvvəlki nazirlər kabinetinin işi zamanı maliyyə çatışmazlığı səbəbindən ordunun imkanları “dağıdılıb”. “Birləşmiş Krallıq, bir çox digər ölkələr kimi, mahiyyətcə, hərbi əməliyyatlara xüsusi hazırlıq vəziyyətinə düşüb. Lakin bizim hazır olmadığımız şey müharibədir”, – deyə “The Daily Telegraph” Healy-dən sitat gətirir.
Bundan əlavə, müdafiə departamentinin rəhbəri vurğulayıb ki, əgər krallıq döyüşməyə hazır deyilsə, o zaman mühafizə siyasəti həyata keçirə bilməz və bu, “NATO təfəkkürünün əsasını təşkil edir”.
//Samir Qurbanov, Editor.az

