Böyük Britaniya üç ölkənin vətəndaşlarına viza qadağası tətbiq edə bilərbackend

Böyük Britaniya üç ölkənin vətəndaşlarına viza qadağası tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər sözügedən ölkələrin səlahiyyətli qurumları qanunsuz miqrantların geri qaytarılması prosesində əməkdaşlıq etməsələr, Böyük Britaniya Namibiya, Konqo Demokratik Respublikası və Anqola vətəndaşlarına viza verilməsini dayandıra bilər.

Editor.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Məlumata görə, qeyd olunan ölkələr Britaniyaya qeyri-qanuni yollarla daxil olmuş təxminən 4 min vətəndaşını geri qəbul etməkdən imtina edir. Bildirilir ki, noyabrın 13-də Böyük Britaniyanın Daxili İşlər Nazirliyi həmin ölkələrin Londondakı səfirliklərini xəbərdar edərək bildirib: əgər bir ay ərzində deportasiya ilə bağlı əməkdaşlıq gücləndirilməsə, viza məhdudiyyətləri tətbiq oluna bilər.

“The Times” yazır ki, ilkin mərhələdə bu ölkələrin diplomatları və xüsusi imtiyazlı şəxsləri sürətli viza prosedurlarından məhrum ediləcək. Daha sonra isə məhdudiyyətlərin – o cümlədən tam viza qadağasının – adıçəkilən ölkələrin bütün vətəndaşlarına şamil olunması mümkündür. Nəşr həmçinin qeyd edir ki, miqrantların repatriasiyasından imtina edən digər ölkələr – Pakistan, Hindistan, Nigeriya, Banqladeş, Qabon və Somali də gələcəkdə “qara siyahı”ya əlavə oluna bilər.

“Biz qaydalara əməl olunmasını tələb edirik. Cinayətkarları və qeyri-qanuni miqrantları geri qəbul etməkdən imtina edən ölkələrin müəyyən sanksiyalarla üzləşəcəyini əvvəlcədən demişdik. Vətəndaşlarınızı qəbul edin, əks halda ölkəmizə daxil olmaq imtiyazını itirəcəksiniz”, – Böyük Britaniyanın Daxili İşlər naziri Şabana Mahmud bildirib.

//Gülnarə Abasova, Editor.az