Böyük Britaniya üç ölkəyə qarşı sanksiyaları genişləndiribbackend

Böyük Britaniya üç ölkəyə qarşı sanksiyaları genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Belarus, Suriya və İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Editor.az xəbər verir ki, bu barədə krallığın hökumət saytında məlumat verilib. O cümlədən, Belarusa qarşı sanksiyaların siyahısı Belarus Ali Məhkəməsinin hakimləri və prokurorlarının da daxil edilməsi üçün 17 vəzifə ilə genişləndirilib. 16 nəfər insan hüquqlarının pozulmasına görə məhdudlaşdırılıb. Bundan başqa, Suriyaya qarşı sanksiyaların siyahısı 8 pillə, İrana qarşı isə 5 pillə genişləndirilib.

Dekabrın 7-də Böyük Britaniya Seaborgium, Star Blizzard və Cold River kimi tanınan Callisto haker qrupu ilə əlaqəsi olduğu iddia edilən iki rusiyalıya sanksiya tətbiq edib. Sanksiya siyahısına Aleksey Doqujiev kimi də tanınan Andrey Korinets və Rusiya Federasiyası FSB-nin əməkdaşı olduğu iddia edilən Ruslan Peretyatkonun adları daxil edilib. Bu həftənin əvvəlində Böyük Britaniya hökuməti Rusiya Federasiyası, Belarus, Çin, Serbiya, Türkiyə, BƏƏ və Özbəkistandan bu və ya digər şəkildə əlaqəsi olan 46 fiziki və hüquqi şəxsi əhatə edəcək şəkildə Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Sanksiyalar Rusiyaya hərbi məqsədlər üçün ehtiyat hissələrinin tədarükü və məhdudlaşdırıcı tədbirlərdən yayınmaq məqsədilə tətbiq edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

//Gülnarə Abasova, Editor.az