Böyük Britaniya Ukraynaya icazə vermədibackend

Böyük Britaniya Ukraynaya icazə vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukraynaya Kursk bölgəsinə hücumda uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib.

Editor.az bildirir ki, bu barədə “The Daily Telegraph” qəzeti Britaniya baş nazirinin ofisinin nümayəndəsinə istinadən yazır: “Böyük Britaniyanın mövqeyi dəyişməyib. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək üçün hərbi yardım göstəririk. Biz açıq şəkildə bildirdik ki, Böyük Britaniya tərəfindən verilən texnika Ukraynanın müdafiəsi üçün nəzərdə tutulub”, – nəşr adı açıqlanmayan həmsöhbətin sözlərindən sitat gətirir.

İyulun əvvəlində Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, Ukraynaya ötürülən raketlər beynəlxalq humanitar hüquqa uyğun istifadə edilməlidir. Eyni zamanda o qeyd edib ki, Kiyev onları necə tətbiq etmək barədə müstəqil qərar vermək hüququna malikdir. Prezident Vladimir Putin NATO ölkələrini Rusiyaya hücumlar barədə danışmazdan əvvəl “xəbərdar olmağa” çağırıb. Avqustun 12-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisində tədarük edilən uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərbdən icazə almaq niyyətində olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az