Böyük Britaniya Ukraynaya minlərlə pilotsuz təyyarə göndərəcəkbackend

Böyük Britaniya Ukraynaya minlərlə pilotsuz təyyarə göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Latviya ilə koalisiyanın bir hissəsi olaraq Ukraynaya minlərlə pilotsuz təyyarə göndərəcək.

Pilotsuz təyyarələr yanvar ayında elan edilmiş Böyük Britaniyanın hərbi yardım paketindən maliyyələşəcək.

Editor.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib. “Böyük Britaniya Ukraynaya ehtiyacı olanı vermək üçün əlimizdən gələni etməyə davam edir, bu il yardımımızı 2,5 milyard funt-sterlinqə çatdırır və pilotsuz təyyarələrin istehsalına 200 milyon funt sterlinq ayırır, bu da bizi Ukraynaya ən böyük pilotsuz təyyarə tədarükçüsünə çevirir”, – deyə Britaniya müdafiə naziri bildirib.

//Samir Qurbanov, Editor.az