Böyük Britaniya Ukraynaya “Storm Shadow” tipli uzaqmənzilli raketlər verdiyini təsdiqləyibbackend

Böyük Britaniya Ukraynaya “Storm Shadow” tipli uzaqmənzilli raketlər verdiyini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya hakimiyyəti Ukraynaya “Storm Shadow” uzaqmənzilli raketlərinin təhvil verildiyini rəsmən təsdiqləyib.

”Sky News-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib. “Bu gün mən təsdiq edə bilərəm ki, Böyük Britaniya “Storm Shadow” raketlərini Ukraynaya ötürüb. “Storm Shadow” zərbə endirmək qabiliyyətinə malik uzaqmənzilli dəqiq raketlərdir”, – o deyib.

Nazir qeyd edib ki, bu raketlər Ukraynanın digər Qərb silahlarını, xüsusən də HIMARS və Harpoon sistemlərini, həmçinin Ukrayna istehsalı olan “Neptun” raketlərini tamamlayacaq. “Storm Shadow”dan istifadə Ukraynaya Rusiya qüvvələrini Ukraynanın suveren ərazisindən geri çəkməyə imkan verəcək”, – Uolles bildirib.

//Samir Qurbanov,Editor.az