Ermənistanda hakimiyyət dəyişikliyi: “Sülh prosesi daha aktiv fazaya keçə bilər”backend

Ermənistanda hakimiyyət dəyişikliyi: “Sülh prosesi daha aktiv fazaya keçə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda pik həddə çatırmış kimi görünən fikir ayrılıqları əsasən paytaxtda cəmlənib. Hökumətin konstitusiyasında dəyişikliklərlə bağlı hazırlıqların aparılması Ermənistan baş naziri Nikol Paşinyana qarşı fəaliyyət göstərən qüvvələri hərəkətə keçirdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifətinin əsas məqsədi hər bir vasitədən istifadə etməklə Paşinyanı devirib hakimiyyəti ələ keçirtməkdir:

“Hesab edirəm ki, Paşinyan müxtəlif dəyişiklilər həyata keçirməklə Azərbaycana və Türkiyəyə olan ərazi iddialarını Konstitusiyadan çıxara biləcək. Həm də bu gün Ermənistanda Paşinyanı devirə biləcək siyasi bir güc yoxdur. İnsanları etiraza qaldıranlar da inamını itirmiş şəxslərdir. Ona görə də ölkənin digər ərazilərindəki ermənilər Paşinyanın sülhlə bağlı səsləndirdikləri fikirləri dəstəkləyirlər. Həm də Paşinyan sülhlə bağlı fikirlər səsləndirsə də onun sülh müqaviləsinin imzalanmasına nə qədər hazır olduğu bəlli deyil. Onun son hərəkətləri heç də sözləri ilə əməllərinin bir-birinə uyğun gəlmədiyini göstərir. Hətta ola bilsin ki, yeni şəxslər hakimiyyətə gələrsə sülh prosesləri daha aktiv fazaya keçsin. Ona görə də Ermənistanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə sülh müqaviləsinin imzalanması prosesinin gələcəyinin necə ola biləcəyi ilə bağlı proqnoz vermək çətindir. Sülh müqaviləsinin imzalanması isə bu gün Ermənistanın özünə vacibdir. Biz əsas məsələmiz olan ərazilərimizin suverenliyini təmin etmişik. Amma sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistanın dünyaya qapıları açılacaq. Əgər onlar bunu istəyirlərsə, sülh müqaviləsinin imzalanması üçün tələssinlər. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamadan da yaşaya bilir. Biz öz planlarımızı Ermənistansız da həyata keçiririk”.

//Gülnarə Abasova, Editor.az