Böyük Britaniya uzun mənzilli, unikal lazer silahını sınaqdan keçirdibackend

Böyük Britaniya uzun mənzilli, unikal lazer silahını sınaqdan keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya “DragonFire” uzun mənzilli lazer yönümlü enerji silahını uğurla sınaqdan keçirib.

Sınaqlar ABŞ Müdafiə Nazirliyinin Hebrid poliqonunda aparılıb və kompleks bir neçə hava hədəfini vurub.

Editor.az xəbər verir ki, bunu Britaniya müdafiə departamenti bildirib. “DragonFire”ın əhatə dairəsi təsnif edilir. Böyük Britaniyanın Müdafiə Nazirliyi yalnız qeyd edib ki, kompleks görmə xəttindəki hədəfləri vurmaq üçün bir vasitədir və “istənilən görünən hədəfi” vura bilir.

“Sınaqlar sistemin müvafiq məsafələrdə hava hədəflərini vurmaq qabiliyyətini nümayiş etdirib ki, bu da bu texnologiyanın xidmətə qəbulu istiqamətində mühüm addımdır”, – deyə məlumatda bildirilir. Departamentdən bildiriblər ki, “DragonFire” lazer silahı adətən bir atış üçün 10 funt sterlinqdən az başa gəlir və 10 saniyə ərzində adi qızdırıcıdan bir saat istifadə edən qədər istilik yaradır.

Müqayisə üçün qeyd edək ki, Britaniya qüvvələrinin əvvəllər Qırmızı dənizdə pilotsuz təyyarələri vurmaq üçün istifadə etdiyi “Sea Viper” raketinin dəyəri təxminən 1 milyon funt sterlinq təşkil edir.

//Samir Qurbanov, Editor.az