Sentyabrın 15-də Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəsmi saytında “Vaqner” PMC-nin terror təşkilatı kimi qadağan edildiyi barədə məlumat yayılıb.
Müvafiq sərəncam sentyabrın 6-da Britaniya parlamenti tərəfindən qəbul edilib. Bundan sonra Böyük Britaniyada “Vagner” PMC-nin fəaliyyətini dəstəkləmək cinayət sayılacaq və buna görə 14 il həbs müddəti nəzərdə tutulub.
Böyük Britaniyada terrorçu kimi tanınan qrupun simvollarını geymək isə 5 minə qədər (6,3 min dollar) cərimə və ya altı aya qədər həbslə cəzalandırılacaq.
Qeyd edək ki, sentyabrın 5-də Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman “Vaqner”in sabitliyi pozan fəaliyyətini, yalnız Kremlin siyasi məqsədlərinə xidmət etdiyini” qeyd edib. Daha sonra onun terror təşkilatları siyahısına salınması ilə bağlı qanun layihəsi Britaniya parlamentinə göndərilib.
//Samir Qurbanov, Editor.az