Böyük Britaniya və Hollandiya Ukrayna üçün “beynəlxalq koalisiya” yaradırbackend

Böyük Britaniya və Hollandiya Ukrayna üçün “beynəlxalq koalisiya” yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Hollandiyanın baş naziri Mark Rutte İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının IV Zirvə Toplantısı çərçivəsində görüşüblər.

Editor.az xarici mediaya istinadən bildirir ki, iki nazir qeyri-qanuni immiqrasiya və Rusiya tərəfindən yarana biləcək təhlükələr kimi ortaq problemlərlə mübarizədə birgə çalışmağın vacibliyini vurğulayıblar.

Görüş zamanı nazirlər Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər. Bəyanatda deyilir:

“Sunak və Rutte döyüş hava imkanlarını təmin etmək üçün təlimdən tutmuş “F-16″ təyyarələrinin tədarükünə qədər hər sahədə Ukraynanı dəstəkləyəcək beynəlxalq koalisiya yaratmaq üçün çalışacaqları barədə razılığa gəliblər. Sunak Ukraynanın NATO-da öz layiqli yerini tutduğuna inandığını bildirib və liderlər gələcək hücumların qarşısını almaq üçün müttəfiqlərin Ukraynaya uzunmüddətli təhlükəsizlik yardımı göstərməsinin vacibliyi barədə qərar qəbul ediblər”.

//Safura Bənnayeva, Editor.az