Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) Britaniya vətəndaşlarını Rusiya Federasiyasına hər hansı səfərdən çəkinməyə çağırıb.
Editor.az xəbər verir ki, müvafiq mesaj krallığın hökumət saytında dərc olunub.
“FCDO Böyük Britaniya vətəndaşlarına Ukraynanın davam edən işğalının yaratdığı risklər və təhdidlər səbəbindən Rusiyaya hər hansı səyahətdən çəkinməyi tövsiyə edir”,-deyə bildirilib. Bəyanatda o da bildirilir ki, Rusiyada vəziyyət gərgindir və mümkün risklər arasında pilotsuz təyyarələrin hücumları, Rusiya Federasiyasından Böyük Britaniyaya uçuşların mümkün olmaması və Britaniya hökumətinin vətəndaşlara konsulluq yardımı göstərmək imkanlarının məhdudluğu daxildir. Rusiyadakı britaniyalıları da diqqətli olmağa və bütün siyasi nümayiş və görüşlərdən çəkinməyə çağırıblar. Nazirlik Rusiya Federasiyasından Böyük Britaniya və ya Avropa Birliyi ölkələrinə birbaşa uçuşların olmadığını da xatırladıb.
//Gülnarə Abasova, Editor.az

