Böyük Britaniya yeni enerji silahını (DEE) sınaqdan keçiribbackend

Böyük Britaniya yeni enerji silahını (DEE) sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hərbi və aerokosmik tətbiqlər üçün elektronika istehsal edən sənaye qrupu “Thales UK” ilə birlikdə Müdafiə Nazirliyi tərəfindən hazırlanmış yeni istiqamətləndirilmiş enerji silahını (DEE) sınaqdan keçirib.

Sınaqlar zamanı silah 100-dən çox pilotsuz uçan aparatı izləmək və məhv etmək üçün istifadə edilib.

Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi bildirib. Sınaqlar Qərbi Uelsdəki sınaq meydançasında baş tutub və bu günə qədər Britaniya Ordusu tərəfindən həyata keçirilən ən böyük əks-dron dəstəsinin təlimi olub.

Silah yüksək tezlikli radio dalğalarından istifadə edərək PUA-ları vurur ki, bu da dronların içindəki elektron komponentləri zədələyir və nəticədə onların sıradan çıxmasına səbəb olur. Müdafiə Nazirliyi qeyd edir ki, ONE sistemləri 1 km-ə qədər məsafədə fəaliyyət göstərir və elektron müharibədən istifadə etməklə qarşısını almaq mümkün olmayan təhlükələrə qarşı effektivdir.

//Samir Qurbanov, Editor.az