Böyük Britaniyada Baş Qərargah rəisinin səlahiyyət müddəti uzadılıbbackend

Böyük Britaniyada Baş Qərargah rəisinin səlahiyyət müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Müdafiə Qərargah rəisi admiral Toni Radakin bu vəzifədə 2025-ci ilin payızına qədər qalacaq.

Editor.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. “Baş nazir Rishi Sunak və müdafiə naziri Qrant Şapps, Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakinin 2025-ci ilin payızına qədər vəzifəsində qalacağını təsdiqləməkdən məmnundurlar” ,-deyə məlumatda bildirilir. Əvvəlcə hərbçinin bu ilin noyabrında istefa verəcəyi güman edilirdi. Vəziyyəti şərh edən Şapps bildirib ki, Radakinin “getdikcə təhlükəli dünyada” işi davam etdirmək üçün lazım olan təcrübə və liderlik keyfiyyətləri var. Admiralın sözlərinə görə, gələcəkdə o, Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirməyi və Ukrayna münaqişəsindən “dərs almağı” planlaşdırır. Qərargah rəisi deyib ki, bura ölkənin nüvə kompleksinin gücləndirilməsi və silah arsenalının yaradılması daxildir. O, həmçinin bildirib ki, bu yaxınlarda Ukraynadan işgüzar səfərdən qayıdıb. Bu kontekstdə Radakin Ukrayna əsgərlərinə yardımın davam etdirilməsinin zəruriliyinə diqqət çəkib.

//Gülnarə Abasova, Editor.az